logo

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

12:42 10-05-2024 | icon 1547
Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

Mayın 13-15-də Bakıda “Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin elektron xidmətlər şöbəsindən YeniAvropa-ya bildirilib ki, konfransda AMEA rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, eləcə də xarici ölkələrdən 30-a yaxın dünyada tanınmış seysmoloq alim və mütəxəssislər iştirak edəcəklər.

Qeyd edək ki, konfransda Qafqazda son seysmik məlumatların toplanması və təhlili, müasir tikinti normalarında konseptlər, zəlzələ kataloqunun təkmilləşdirilməsi, seysmik metodlar və təhlükənin qiymətləndirilməsi tələbləri və sair mövzularda müzakirələr aparılacaq.

Üç gün davam edəcək konfransın açılış mərasimi mayın 13-də keçiriləcək.