logo

UEFA Konfrans Liqasında ilk finalçı bəlli olub

23:21 08-05-2024 | icon 2044
UEFA Konfrans Liqasında ilk finalçı bəlli olub

UEFA Konfrans Liqasında ilk finalçı bəlli olub.

YeniAvropa xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında Belçika “Brügge”si doğma meydanda İtaliyanın “Fiorentina” klubunu qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Komandalar arasındakı ilk oyunda İtaliya təmsilçisi 3:2 hesablı qalib gəldiyi üçün finala vəsiqə qazanıb.

Qeyd edək ki, bu raundun digər cavab qarşılaşması mayın 9-da baş tutacaq.