logo

Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq

09:09 10-05-2024 | icon 798
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq

Bu gün bəzi ərazilərdə qaz olmayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi və Xocasən qəsəbəsində yaşayış sahələrinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi, deformasiyaya uğramış qaz xətlərinin təmiri, həmçinin Xətai rayonunun Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Sulutəpə-Çiçək yaşayış massivinin, Sulutəpə və Xocahəsən qəsəbələrinin bir hissəsinin, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.