logo

3 ayda “Azəri-Çıraq-Günəşli”dən neft hasilatı 11,4 % azalıb

12:52 10-05-2024 | icon 3780
3 ayda “Azəri-Çıraq-Günəşli”dən neft hasilatı 11,4 % azalıb

Cari ilin ilk üç ayında “Azəri-Çıraq-Günəşli”dən(AÇG)  təxminən 4 milyon ton neft hasil edilib. 

YeniAvropa xəbər verir ki, bu barədə "BP"nin 2024-cü ilin birinci rübünün yekun hesabatında qeyd edilib.

Rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (21 000), “Mərkəzi Azəri” (92 000), “Qərbi Azəri” (79 000), “Şərqi Azəri” (53 000), “Dərinsulu Günəşli” (63 000) və “Qərbi Çıraq” (31 000) platformalarından birlikdə – gündə orta hesabla 339 000 barel  olmaqla ümumilikdə 31 milyon barel təşkil edib ki, bu da ötən il ilə müqayisədə 4 milyon barel və ya 11,4 faiz azdır.

Hesabatda bildirilib ki, rübün sonunda AÇG-də ümumilikdə 139 neft hasilatı quyusu, 43 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub. Həmçinin birinci rüb ərzində AÇG-də 3 neft hasilatı və 1 su injektoru quyusu tamamlanıb.

Hesabat dövrü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,4 milyon kubmetr, ümumilikdə isə 0,7 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.