Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, bu gün Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür.