Bolqarıstan Respublikasının prezidenti Rumen Radevin Azərbaycan Respublikasına rəsmi səfəri mayın 8-də başa çatıb.
YeniAvropa xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bolqarıstan prezidenti Rumen Radevi hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.