logo

Bu yolda sürət həddi endirildi

11:33 28-12-2023 | icon 1120
Bu yolda sürət həddi endirildi

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.


Bildirilib ki, eyni zamanda yol bolu bütün məlumat tablolarında “Güclü külək” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.