Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın daha 4 idmançısı mübarizəyə başlayacaq.
YeniAvropa xəbər verir ki, kişilərin yarışında Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kiloqram), Hidayət Heydərov, qadınlar arasında isə Açelya Toprak (57 kiloqram) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarışın ilk günündə tatamiyə çıxan Azərbaycanın 3 cüdoçusu medal qazana bilməyib.