Bu gün Bakıda 23 yaşadək güləşçilər arasında Avropa çempionatı başlayacaq.
YeniAvropa xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək turnirdə əvvəlcə yunan-Roma güləşçiləri xalça mübarizə aparacaqlar.
Azərbaycanlı güləşçilərdən Rəşad Məmmədov (55 kiloqram), Ziya Babaşov (63 kiloqram), Həsən Həsənli (77 kiloqram), Laçın Vəliyev (87 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, Avropa çempionatı mayın 24-də başa çatacaq.