Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mürsəl Nuruzadə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, ondan bir kiloqrama yaxın metamfetamin aşkarlanıb.
Son 1 ay ərzində Ağcabədidə keçirilən tədbirlərlə narkotiklərlə əlaqəli daha 20 nəfər saxlanılıb.
Həmin şəxslərdən biri - Vasif Əlizadənin rayon ərazisində 620 metr uzunluğunda optik rabitə kabelini oğurlayaraq satdığı da müəyyən edilib. Oğurlanan kabellərin bir qismi maddi sübut kimi həmin şəxsdən götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.