logo

Azad edilmiş ərazilərdə təminat yolları qardan təmizlənir

10:20 28-12-2023 | icon 945
Azad edilmiş ərazilərdə təminat yolları qardan təmizlənir

Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təminat yolları qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə saxlanılır, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur.