logo

Sinoptiklərdən Bakıda güclü külək xəbərdarlığı

20:50 26-12-2023 | icon 721
Sinoptiklərdən Bakıda güclü külək xəbərdarlığı

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi barədə məlumat yayıb.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 27-si axşamdan 28-i gündüzədək qısamüddətə qərb, şimal-qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-25 metr/saniyə, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasilələrlə yağıntılı olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 27-si axşamdan 28-i axşamadək bəzi yerlərdə qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-25 metr/saniyə, 28-də ayrı-ayrı yerlərdə arabir 28-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Dekabrın 28-i səhərdən 29-u səhərədək isə əsasən şimal və şərq rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.