logo

Sabah Bakıda 17° isti olacaq

13:53 26-12-2023 | icon 679
Sabah Bakıda 17° isti olacaq

Azərbaycanda dekabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9°, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 faiz, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi rayonlarda arabir duman gözlənilir. Mülayim qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.