logo

Ağdamda müxtəlif mənşəli 15 yataq mövcuddur

17:49 25-12-2023 | icon 1120
Ağdamda müxtəlif mənşəli 15 yataq mövcuddur

Ağdamda 15 yataq mövcuddur ki, onlardan 13-ü qeyri-filiz və tikinti materialları, 2-si yeraltı içməli sudur.

YeniAvropa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən iclasında deyib.

Ağdamda 60-a yaxın kəhrizin olduğunu deyən Ə.Əliyev minalarla əlaqədar hələ monitorinqlərin başa çatmadığını da qeyd edib. Onun sözlərinə görə, partladılan hər bir mina kəhriz tunelində uçmalara səbəb ola bilir.

Agentliyin İdarə Heyətinin sədri işğaldan azad edilən ərazilərdə 1991-ci ilədək 167 filiz və qeyri-filiz, inşaat və tikinti materialları, yeraltı içməli şirin və termal-mineral su yataqlarının kəşf edildiyini, ehtiyatlarının hesablanaraq dövlət və sahə balanslarında qeydiyyata alındığını qeyd edib.