Ölkə ərazisində bu il 2 min 500 hektar ərazidə 3 milyon 200 mindən çox ağac və kol tingi əkilib.
YeniAvropa xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi də daxil olmaqla aidiyyəti dövlət qurumlarının götürdükləri öhdəlik çərçivəsində əsasən meşə fondu ərazilərində əkilib: "Bundan əlavə, meşə fondu torpaqlarında 32 tona yaxın meşə cinslərinə aid ağac və kolların toxumları meşə fondu torpaqlarında bərpa məqsədilə səpilib".