logo

Gələn il Qarabağda sağlamlıq turizmi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

15:55 21-12-2023 | icon 1351
Gələn il Qarabağda sağlamlıq turizmi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Kəlbəcərdə 5 turizm rekreasiya zonası yaradılacaq. Bunlardan 2-si İstusu və Zülfüqarlı turizm rekreasiya zonaları sırf sağlamlıq turizmi baxımından ixtisaslaşmış zonalar olacaq. Burada sırf sağlamlıq turizminin inkişafı üzərində çalışacağıq. Bundan əlavə, İstisu və Zülfüqarlıda gələcəkdə investisiya potensialı da olacaq.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədrinin müavini Rəşad Əliyev Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunun “Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri” panelində çıxışı zamanı söyləyib.

Azad edilmiş ərazilərdə sağlamlıq turizminin potensialı çox böyük olduğunu deyən R.Əliyev deyib: “Gələn il Qarabağda sağlamlıq turizmi ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransa beynəlxalq ekspertlər cəlb olunacaq də dünya təcrübəsinə yiyələnmək üçün müzakirələr aparılacaq".