Dekabrın 20-də Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.
Mərkəzdən YeniAvropa-ya bildirilib ki, imtahan vermək üçün namizədliyi qeydiyyatdan keçmiş 130 nəfərdən 14-ü nəfər imtahana gəlməyib. İmtahanda 55 və daha çox bal toplamış 65 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.