logo

Vergilər Nazirliyinin yeni binası gələn il hazır olacaq

19:02 30-12-2017 | icon 7000
Vergilər Nazirliyinin yeni binası gələn il hazır olacaq

Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisi davam etdirilir. YeniAropa Nazirliyin saytına istinadən xəbər verir ki, Heydər Əliyev prospekti və Müzəffər Nərimanov küçəsinin kəsişməsində tikilən bu bina 33 mərtəbədən ibarət olacaq. 169 metr yüksəkliyində olacaq bina Türkiyənin “Tekfen İnşaat” şirkəti inşa edir. Bakının əsas simvol layihələrindən biri olacaq binanın inşasının 2018-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Xatırladaq ki, sözügedən binanın təməli sabiq vergilər naziri Fazil Məmmədovun vəzifədə olduğu zamanda atılıb. Hazırda isə vergilər naziri Mikayıl Cabbarovur.