logo

“Dəmirbank”in daşınmaz əmlak hərraca çıxarılacaq

14:24 08-09-2023 | icon 2625
“Dəmirbank”in daşınmaz əmlak hərraca çıxarılacaq

Sentyabrın 28-i saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Fonddan bildirilib.Qeyd edilib ki, daşınmaz əmlak Abşeron rayonu, Saray qəsəbəsində 0,10 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 387 kvadratmetr olan fərdi yaşayış evidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 150 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27.