Sentyabrın 4-dən 7-dək İtaliyada keçirilən Aeronavtika və Astronavtika Assosiasiyasının 27-ci Beynəlxalq Konqresində "Azərkosmos" da təmsil olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” məlumat yayıb.
Tədbirin açılış günündə ölkəmizdə kosmik sahənin inkişafı, fəaliyyəti və gələcək planları, həmçinin oktyabrın 2-6-da paytaxtımızda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında iştirakçılara məlumat verilib.
Eyni zamanda səfər çərçivəsində “Rete Innovativa Regionale Aerospace Innovation and Research - RIR AIR” (Aerokosmik İnnovasiyalar və Tədqiqatlar) qurumunun idarə heyəti ilə görüş keçirilib və kosmik sənaye, həmçinin 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında məhsuldar fikir mübadiləsi aparılıb.