Bakı metrosunda gediş haqqının QR biletlə ödəməsinə başlanılıb
Bakı metropolitenində pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılır. Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı metropolitenin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, bu məqsədlə “BakıKart” ödəmə sistemini həyata keçirən “K Group” MMC stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki qurğularda (turniketlərdə) texniki işləri yerinə yetirib, proqram təminatını həyata keçirən sistemlər quraşdırıb, test rejimində sınaqlar aparıb.
Onun sözlərinə görə, şirkət ötən müddətdə Bakı metropoliteninin stansiyalarındakı müvafiq avadanlıqlarda yeni sistemlərin quraşdırılması üçün mühüm olan texniki məsələləri öyrənib.
B.Məmmədov əlavə edib ki, yeni üsul kartsız, həmçinin elektron cihazlar üzərindən ödəmə imkanlarını genişləndirməyə, sərnişinlərə xidmət mədəniyyətinin keyfiyyətini yüksəltməyə kömək edir. Şöbə rəisi prosesi izah edərək bildirib ki, bu üsulla ödəməni həyata keçirmək üçün aşağıda qeyd edilən addımları atmaq lazımdır: “BakıKart” mobil tətbiqini “Google Play” (https://play.google.com/store/apps/details?id=prod.bakikart.az) və yaxud “App Store” (https://apps.apple.com/az/app/bakıkart/id6444960659) tətbiqlərindən yükləmək; Mobil tətbiqdə qeydiyyatdan keçmək (mobil nömrədən istifadə edilir və şifrə yaradılır); Pul kisəsində balansı ən azı 1 manat artırmaq; QR bilet (yaxud biletlər) yaratmaq (Bilet yalnız 5 dəqiqə etibarlıdır); Turniketlərdə QR bileti ödəmə displeyinə yaxınlaşdırmaq və keçmək.
Tətbiq “BakıKart” plastik kartını almağa sərf olunan 2 manata qənaət etməyə imkan verir. Daim əl altında plastik kart saxlamağa ehtiyac qalmır. Sadəcə, QR bileti yaratmaq üçün mobil telefonunuzun internetə çıxışının olması yetərlidir. QR bilet vaxta qənaətdir. Sərnişin plastik karta gediş haqqını yükləmə terminalına yaxınlaşmadan, elə hərəkətdə ikən mobil cihazında QR bilet yaradaraq turniketlərə yaxınlaşa bilər. Bundan savayı, mobil tətbiqdən istifadə edərkən ödəniş tarixçələrini izləmək imkanı da əldə edilir. Bu isə sərnişinə ictimai nəqliyyatdan istifadə edərkən aylıq büdcəsini elektron qaydada daha rahat izləməyə kömək edəcək.
QR bilet istifadəçiləri bir neçə məqamı diqqətdə saxlamalıdırlar:
QR bilet yalnız bir gediş üçün və 5 dəqiqə ərzində etibarlıdır;
QR bilet üçün “pul kisəsi”ndə 1 manat bloklanır;
Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ “pul kisəsi”nə qaytarılır;
QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır.
Vurğulayıb ki, mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
“K Group” MMC-nin pilot layihəsinin davamı kimi, ödənişin yeni üsulu növbəti mərhələdə Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında tətbiq edəcək. Həmçinin QR biletlə ödəniş imkanlarının mərhələli şəkildə Yaşıl və Qırmızı xətlərin stansiyalarında tətbiqi üzərində texniki işlərə başlanılıb.
Qeyd edək ki, Bakı metropolitenində gediş haqqının ödənilməsi 2015-ci ilin avqust ayından “BakıKart” plastik kartları vasitəsilə həyata keçirilir.
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib