logo

Pekində Azərbaycan Ticarət Evi açılacaq

11:11 01-09-2023 | icon 2107
Pekində Azərbaycan Ticarət Evi açılacaq

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 1-4-də Çin Xalq Respublikasında səfərdə olacaq.

YeniAvropa xəbər verir ki,  bu barədə nazir məlumat paylaşıb.

“Həmkarlarla birgə Çin Xalq Respublikasına səfərimiz çərçivəsində bir sıra rəsmi nümayəndələr və şirkət rəhbərləri ilə görüşlər keçirəcəyik. Pekində Azərbaycan Ticarət Evinin açılış mərasimində və digər tədbirlərdə iştirak edəcəyik”, - deyə M.Cabbarov paylaşımında qeyd edib.