İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Mikayıl Cabbarov məlumat verib.
“Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşunun təşviqi, birgə layihələrin həyata keçirilməsi, həmçinin Özbəkistanla sənaye parkları sahəsində əməkdaşlıq perspektivləri barədə faydalı müzakirələr apardıq", - deyə nazir qeyd edib.