Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Bu ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, ölkədə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 milyon kilovat-saat, yəni 0,3 faiz artaraq 16 milyard 323,4 milyon kilovat-saat olub.
Energetika Nazirliyindən YeniAvropa-ya verilən məlumata görə, yeddi ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 14 995,7 milyon kilovat-saat, SES-lərdə 1 107,4 milyon kilovat-saat, digər mənbələr üzrə isə 220,3 milyon kilovat-saat təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 37,6 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 39,6 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 652,8 milyon kilovat-saat (İES-lərdə 13 622,3 milyon kilovat-saat, SES-lərdə 1 030,5 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 272,1 milyon kilovat-saat (İES-lərdə 168,2 milyon kilovat-saat, SES-lərdə 67,7 milyon kilovat-saat, Günəş ES-də 36,2 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,9 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 369,6 milyon kilovat-saat təşkil edib.
2023-cü ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1 277,3 milyon kilovat-saat, idxalı isə 157,6 milyon kilovat-saat olub.
Qeyd edək ki, cari ilin iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 415,5 milyon kilovat-saat olub. İyul ayında elektrik enerjisinin idxalı 19,7 milyon kilovat-saat, ixrac isə 12,4 milyon kilovat-saat təşkil edib.
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib