“Qaradağ Şüşə Zavodu” ASC özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha bir iri sənaye müəssisəsinin - “Qaradağ Şüşə Zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi müəyyənləşib.
Dövlət Xidmətindən YeniAvropa-ya bildirilib ki, qalib 10,5 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb. Əmlak Məsələləri Dövlət Xidməti müəssisələrin sağlamlaşdırılması və özəlləşdirilməsi istiqamətində işləri davam etdirir. Dövlət müəssisələrinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi isə sərmayələrin cəlb edilməsi, müasir texnologiyalara əsaslanan istehsalın qurulması və genişləndirilməsi, yeni iş yerlərinin yaradılması baxımından əlverişli mexanizmdir.
İqtisadi inkişafa töhfə verə biləcək daha bir müəssisənin - “Qaradağ Şüşə Zavodu” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. Müsabiqə komissiyası tərəfindən iddiaçıların təklif zərfləri açılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Glass Vay” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub.
Avqustun 2-də müsabiqənin qalibi ilə alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 20 milyon manat köçürməli, iki il ərzində müəssisədə 10,5 milyon manat həcmində İnvestisiya Proqramını icra etməlidir. Proqram çərçivəsində sobanın və şüşə istehsalı avadanlıqlarının, sexlərin əsaslı təmiri və yenidən qurulması, istehsal üçün tələb olunan digər avadanlıqların alınması, infrastruktur təminatının yaxşılaşdırılması (elektrik enerjisi, qaz təchizatı, yol çəkilişi və sair) nəzərdə tutulur.
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib