Ağdam rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar.
YeniAvropa xəbər verir ki, bu barədə rayon Statistika İdarəsindən bildirilib.Qeyd edilib ki, 10 min 354 hektar taxıl sahəsindən 42 min 775 ton məhsul əldə edilib. Məhsulun 34 min 695 tonu buğda, 8 min 80 tonu arpadır. Hər hektara məhsuldarlıq orta hesabla 41,3 sentner, o cümlədən buğda sahələrində 41,9 sentner, arpa sahələrində isə 39 sentnerdir.
Hazırda biçilmiş taxıl sahələrində şum qaldırılır.