"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə qatarların hərəkət qrafikində dəyişiklik edib.
YeniAvropa QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, avqustun 14-dən Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən elektrik qatarlarından birinin reysini ləğv edəcək. Məqsəd dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması, günorta saatlarında texniki fasilənin götürülməsidir.
Belə ki, Bakıdan saat 13:30-da və Sumqayıtdan isə saat 14:30-da yola düşən qatar reysi ləğv edilir.