Özbəkistan şirkəti Azərbaycanda məişət texnikası istehsal edə bilər
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində(AZPROMO) Mərkəzi Asiyanın ən iri holdinqlərindən biri olan Özbəkistanın "AKFA Group" şirkətlər qrupunun nümayəndələri ilə görüş keçirilib.
AZPROMO-dan YeniAvropa-ya bildirilib ki, görüşdə qurumun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti, investorlar və ixracatçılara təklif olunan imtiyazlar, o cümlədən logistikanın subsidiyalaşması, vergi güzəştləri və hazırlıq mərhələsində olan digər stimullaşdırıcı mexanizmlər barədə məlumat verib.
"AKFA Group"un baş icraçı direktoru Bahadır Abdullayev ölkəmizdə xarici investorlar üçün yaradılmış şəraiti və inkişaf etmiş infrastrukturu qeyd edərək deyib ki, konqlomerata daxil olan “Artel” şirkəti tərəfindən Azərbaycanda potensial investisiya layihələrinin reallaşdırılması çərçivəsində ilkin olaraq məişət texnikası istehsalı müəssisələrinin qurulmasında maraqlıdırlar.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin şirkətə dəstək göstərməyə hazır olduğunu vurğulayıb və gələcək əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi istiqamətində fikirlərini bölüşüb. Bu müstəvidə məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.
Sonda "AKFA Group"un fəaliyyəti və icra etdiyi layihələr barədə qısa videoçarx nümayiş olunub.
Qeyd edək ki, özündə tikinti materialları, məişət və elektrik məhsulları istehsalçılarını, eləcə də turizm, təhsil və tibb sektorunda fəaliyyət göstərən şirkətləri birləşdirən "AKFA Group" holdinqi Özbəkistanda alüminium və plastik profillərin ən böyük istehsalçısı və ixracatçısıdır. Bazarda 23 il fəaliyyət göstərən konqlomerat Azərbaycan da daxil olmaqla 2022-ci ildə 35 ölkəyə 210 milyon ABŞ dolları məbləğində ixrac əməliyyatları həyata keçirib.
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib