Bakıda növbəti dəfə Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkasının təşkil edilməsinə hazırlıq görülür.
YeniAvropa xəbər verir ki, bu barədə yarmarkanın təşkilatçısı olan Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-dən bildirilib.
Qeyd edilib ki, yarmarkanın sentyabr-oktyabr aylarında paytaxtın Nərimanov rayonunda, Fətəli xan Xoyskli küçəsi, 5 ünvanında keçirilməsi planlaşdırılır.
20 gün davam edəcək yarmarkada 250 arıçı iştirak edəcək.
Xatırladaq ki, ötən il oktyabrın 1-20-dək təşkil edilən arıçılıq məhsullarının yarmarkasında 90 tona yaxın arıçılıq məhsulu satılıb.