Şuşa şəhərində həyata keçirilən yenidənqurma və bərpa işləri, həmçinin investisiya imkanları ilə tanışlıq məqsədilə sahibkarların səfəri təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), "İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası" İctimai Birliyinin və "Marsol" MMC-nin birgə təşkilatçılığı ilə təşkil olunmuş səfərdə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edib.
KOBİA-dan YeniAvropa-ya bildirilib ki, sahibkarların Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi ilə görüşündə idarənin icraçı direktoru Tural Novruzov Şuşada həyata keçirilən bərpa-quruculuq işləri, icrasına başlanılan və planlaşdırılan layihələr, dövlət və özəl sektorun bu sahədə rolu, sahibkarlar üçün investisiya imkanları, KOBİA-nın departament müdiri Elnur Əliyev isə bölgədə biznesə başlamaq istəyən iş adamları üçün mür