Bu ilin birinci yarısında Türkmənistanın Türkmənbaşı beynəlxalq dəniz limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında daşınan konteynerlərin sayı 2 362 TEU-ya çatıb.
YeniAvropa Türkmənistanın dəniz ticarət donanmasının məlumatına istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Yük daşımaların ümumi həcmindən 25 faizi idxal, 34 faizi ixrac, 41 faizi isə tranzit daşımaların payına düşüb.
Cari ilin ilk 6 ayında Dəniz Ticarət Donanmasının gəmiləri ilə yük daşımalarının ümumi həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz artaraq 1 150,50 min ton təşkil edib.