“Azercell”in dəstəyi ilə Beynəlxalq Olimpiadada ölkəmizi təmsil edən məktəblilər Vətənə medallarla dönüblər
İsveçdə təşkil olunan Avropa Qızlar İnformatika Olimpiadasında “Azercell Telekom”un dəstəyi ilə təmsil olunan Azərbaycan komandası uğurlu nəticələr əldə edib. Qızlar üçün nəzərdə tutulmuş proqramlaşdırma müsabiqəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova (11-ci sinif) qızıl medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Qarayeva (11-ci sinif) isə gümüş medal qazanıblar.
Əllidən çox ölkədən 200-ə yaxın məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 şagird ilə təmsil olunub. Müsabiqənin şərtlərinə əsasən gənc iştirakçılar təqdim olunan tapşırıqları həll etmək üçün effektiv alqoritmlər hazırlayaraq uğurlu nəticə nümayiş etdirməyə çalışıblar.
Qeyd edək ki, “Azercell Telekom” 2017-ci ildən etibarən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məktəblilərin informatika üzrə beynəlxalq yarışlara hazırlıq prosesində iştirak edir. Ölkənin lider mobil operatoru İnformasiya Texnologiyaları sahəsi üzrə təhsilə dəstək, xüsusən də qızların informatika fənninə marağının artırılması, onların İKT sahəsində gələcək mütəxəssis kimi yetişdirilməsi istiqamətində mütəmadi olaraq layihələr həyata keçirir.
“Azercell” olimpiadaçı qızlarımızı təbrik edir, uğurlarının davamlı olmasını arzulayır!sveçdə təşkil olunan Avropa Qızlar İnformatika Olimpiadasında “Azercell Telekom”un dəstəyi ilə təmsil olunan Azərbaycan komandası uğurlu nəticələr əldə edib. Qızlar üçün nəzərdə tutulmuş proqramlaşdırma müsabiqəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova (11-ci sinif) qızıl medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Qarayeva (11-ci sinif) isə gümüş medal qazanıblar.
Əllidən çox ölkədən 200-ə yaxın məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 şagird ilə təmsil olunub. Müsabiqənin şərtlərinə əsasən gənc iştirakçılar təqdim olunan tapşırıqları həll etmək üçün effektiv alqoritmlər hazırlayaraq uğurlu nəticə nümayiş etdirməyə çalışıblar.
Qeyd edək ki, “Azercell Telekom” 2017-ci ildən etibarən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məktəblilərin informatika üzrə beynəlxalq yarışlara hazırlıq prosesində iştirak edir. Ölkənin lider mobil operatoru İnformasiya Texnologiyaları sahəsi üzrə təhsilə dəstək, xüsusən də qızların informatika fənninə marağının artırılması, onların İKT sahəsində gələcək mütəxəssis kimi yetişdirilməsi istiqamətində mütəmadi olaraq layihələr həyata keçirir.
“Azercell” olimpiadaçı qızlarımızı təbrik edir, uğurlarının davamlı olmasını arzulayır!
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib