Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir. Sənaye Parkında investisiya kapitalı 66 milyon manatdan artıq 6 sahibkarlıq subyektinə rezident statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, Sənaye Parkına 36 milyon manatdan çox investisiya yatırılıb, burada 130-dan çox daimi iş yeri yaradılıb, 37 milyon manatlıq məhsul istehsal edilib. Mövcud layihələr üzrə 30 milyon manata yaxın investisiyanın yatırılması, 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.