Bu günə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 136-dək operator və internet provayderini uçota alıb.
YeniAvropa xəbər verir ki, bu barədə İKTA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, tənzimləyici qurum artıq 4-cü dəfədir ki, ölkədə fəaliyyət göstərən operator və internet provayderlərlə görüş keçirərək onlara tətbiq edilən yeniliklər və tələblər haqqında məlumat verilib.
Görüşdə tənzimləyici qurumun rolu, internet bazarında mövcud durum, provayderlərin uçotu, internet xidmətlərinin keyfiyyəti, provayderlərin müştərilərlə əlaqələrinin effektiv qurulması, bağlanmış müqavilələrin mövcud tələblərə uyğunluğu, provayderlərin qarşılaşdıqları problemlər və onların aradan qaldırılması ətrafında müzakirələr aparılıb.
Operator və internet provayderlərin diqqətinə çatdırılıb ki, xidmət bazarlarının təhlil edilməsi, sağlam rəqabətin formalaşdırılması və bu məqsədlə telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərdən keyfiyyət və digər göstəricilərə dair rüblük məlumatların toplanılması mühüm şərtlərdəndir.
Qeyd edək ki, Azərbaycanda operator və internet provayderlərinin uçotunun aparılmasına İKTA yaradılandan sonra başlanılıb.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nizamnaməsi Azərbaycan Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzim