Cari ilin yanvar-iyun aylarında banklar 563.3 milyon manat xalis mənfəət, 772.3 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 41 faiz və 26 faiz artıb. 2023-cü ilin 6 ayında banklar tərəfindən 131.3 milyon manat məbləğində mənfəət vergisi ödənilib.