logo

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu bu payız fəaliyyətə başlayacaq

12:26 26-07-2023 | icon 1715
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu bu payız fəaliyyətə başlayacaq

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu bu ilin payızında fəaliyyətə başlayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclasında bildirib.

Onun sözlərinə görə, hazırda hər iki tərəf Qırğız Respublikası Nazirlər Kabineti ilə Azərbaycan hökuməti arasında Fondun təsis edilməsinə dair Sazişin qüvvəyə minməsi üzrə dövlətlərarası prosedurlar başa çatdırılıb. Belə ki, Fondun şurası təsdiq olunub, Qırğızıstan tərəfindən həmsədr təyin edilib. “Azərbaycan tərəfinin qərarını gözləyirik”, -deyə o əlavə edib.

Xatırladaq ki, Fondun yaradılmasına dair Saziş Azərbaycan prezidenti İlham Əliyevin 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana dövlət səfəri zamanı imzalanıb. Onun təsis edilməsinə əsas məqsəd iqtisadiyyatın modernləşdirilməsi və inkişafı, istiqrazlar verilməsi yolu ilə özünü təmin edən layihələrin maliyyələşdirilməsi, kapitalda iştirak və digər maliyyə alətlərinin istifadəsidir.

Fondun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır. Maliyyələşdirmə tam şəkildə Azərbaycan tərəfindən həyata keçirilir.