Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib.
KOBİA-dan YeniAvropa-ya bildirilib ki, görüşdə hər iki ölkənin biznes dairələri arasında mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.