Bu ilin yanvar-iyun aylarında 334 ton çay ixrac edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirili ki, ixrac edilən çayın dəyəri 3 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 6,2 milyon dollar olmaqla 1081 ton çay ixrac edilmişdi.