Bu ilin yanvar-noyabr aylarında paytaxtın inşaat sektorunda çalışan işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 60,7 min nəfər olub.
Bakı şəhər Statistika İdarəsindən YeniAvropa-ya verilən məlumata görə, bu sektorda orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1 faiz azalaraq 1048,0 manat təşkil edib.
İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqı 16,1 faiz azalıb, binaların tikintisində işləyənlərin əməkhaqqı 8,6 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əməkhaqqı isə 14,7 faiz artıb.