logo

Özbəkistanın baş naziri Ələt Azad İqtisadi Zonasına səfər edib

11:01 20-07-2023 | icon 3360
Özbəkistanın baş naziri Ələt Azad İqtisadi Zonasına səfər edib

Ölkəmizdə səfərdə olan Özbəkistanın baş naziri Abdulla Aripovun başçılıq etdiyi nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında(ƏAİZ) olub.

YeniAvropa xəbər verir ki, nümayəndə heyəti ilə keçirilən görüş çərçivəsində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görüş iştirakçılarına ƏAİZ-in strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, habelə ƏAİZ-də investorlara təqdim edilən istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur, mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri, maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında geniş məlumat verib.

Sonda nümayəndə heyətinin üzvləri ƏAİZ-də investorlar üçün yaradılmış əlverişli şəraitlə tanış olub.