Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının Şuşada keçirilən 12-ci iclasında İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması və energetika sahəsində əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, sənədlərin icrası iqtisadi tərəfdaşlığı və iki ölkənin biznes subyektləri arasında əlaqələri gücləndirəcək.