logo

"Qarabağ" pulun qalığı əvəzinə Rusiya klubundan futboloçu istəyir

16:56 10-07-2023 | icon 1449
"Qarabağ" pulun qalığı əvəzinə Rusiya klubundan futboloçu istəyir

"Qarabağ" Kubanın "Krasnodar" klubunun futbolçusu Sergey Volkov üçün Rusiya tərəfinə təklif göndərib.

YeniAvropa "sport24.ru" saytına istinadla xəbər verir ki, Kuban təmsilçisi "köhlən atlar"ın istəyini qəbul etməyib.

Belə ki, "Krasnodar" bu ilin yanvarında "Qarabağ"dan Kadi Borgesi 5 milyon avro qarşılığında heyətinə qatıb. Rusiya təmsilçisi bu transfer üçün Ağdam klubuna cəmi 2 milyon avro ödəyib. Azərbaycan çempionu qalan 3 milyon avro borc qarşılığında ruslardan 21 yaşlı sağ cinah müdafiəçisini istəyib. Lakin "Krasnodar" təklifi müsbət cavablandırmayıb.

Qeyd edək ki, Kadi Borges "Krasnodar"ın heyətində meydana çıxdığı 11 oyunda 3 qol vurub və bir məhsuldar ötürmə edib.