Qadın həndbolçular arasında 2026-cı ildə Avropa çempionatına ev sahibliyi etmək hüququ Rusiyadan alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Avropa Həndbol Federasiyası (EHF) qərar qəbul edib.
EHF hələlik Avropa çempionatına ev sahibliyi edəcək yeni ölkənin adını açıqlamayıb.
Qeyd edək ki, 2022-ci il fevralın 28-də EHF İcraiyyə Komitəsinin qərarına əsasən Rusiya və Belarus komandaları Ukrayna ilə müharibə səbəbindən yarışlardan kənarlaşdırılıb