logo

Çempionlar Liqası: “Qarabağ”ın səfər oyununun biletləri satışa çıxarılıb

16:13 01-07-2023 | icon 2408
Çempionlar Liqası: “Qarabağ”ın səfər oyununun biletləri satışa çıxarılıb

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün biletlər satışa çıxarılıb.

YeniAvropa xəbər verir ki, bütün tribunalar üçün qiymətlər eynidir. Bir biletin qiyməti 5 funt sterlinqdir.

Qeyd edək ki, iyulun 11-də "Viktoriya" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.