logo

“Qarabağ”ın hücum cütlüyü Azərbaycan çempionatlarının tarixinə düşüb

11:22 25-06-2023 | icon 3703
“Qarabağ”ın hücum cütlüyü Azərbaycan çempionatlarının tarixinə düşüb

Misli Premyer Liqasının 2022/23 mövsümünün bombardirləri Ramil Şeydayev və Musa Qurbanlı “Qarabağ”ın 43 qoluna imza atıb. Onlar müvafiq olaraq 22 və 21 dəfə rəqib qapısına yol tapıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Peşəkar Futbol Liqasından məlumat verilib.

Bu, bir komandada çıxış edən hücum cütlükləri arasında Azərbaycan çempionatları tarixinin 7-ci göstəricisidir. Mütləq rekord “Neftçi”nin 1992-ci ildəki tandeminin hesabındadır. Həmin vaxt Samir Ələkbərov 36, Yunis Hüseynov 29 dəfə fərqlənib. Cütlük ümumilikdə 65 qol vurub.

1. “Neftçi”, 1992 – 65 qol - Samir Ələkbərov (36), Yunis Hüseynov (29)

2. “Neftçi”, 1996/97 – 59 qol - Qurban Qurbanov (34), Samir Ələkbərov (25)

3. “Xəzər” (Sumqayıt), 1992 – 57 qol - Nazim Əliyev (39), Azər İsayev (18)

4-5. “Kəpəz”, 1993/94 – 46 qol - Fazil Pərvərov (27), İmamyar Süleymanov (19)

“Kəpəz”, 1995/96 – 46 qol - Fazil Pərvərov (23), Rövşən Əhmədov (23)

6. “Turan”, 1993/94 – 44 qol - Musa Qurbanov (35), Qurban Qurbanov (9)

7. “Qarabağ”, 2022/23 – 43 qol - Ramil Şeydayev (22), Musa Qurbanlı (21)

8. “Kəpəz”, 1992 – 42 qol - Mehman Allahverdiyev (30), Ceyhun Tanrıverdiyev (12)