logo

Avropa çempionatı:İlk gündə cüdoçularımız 4 qızıl medal qazanıb

23:13 22-06-2023 | icon 3185
Avropa çempionatı:İlk gündə cüdoçularımız 4 qızıl medal qazanıb

Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 4 qızıl və 1 bürünc medal əldə edib.

YeniAvropa xəbər verir ki, turnirin ilk günündə 6 çəki dərəcəsində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Oğlanlar arasında Məhəmməd Məmişov (-50 kq), Mirxaliq İskəndərov (-55 kq), Məhəmməd Musayev (-60 kq), qızlar arasında isə Vüsalə Hacıyeva (-48 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Həmçinin oğlanlar arasında Əhməd Rüstəmov (-50 kq) çempionatın bürünc medalını qazanıb.