Polşada keçirilən üçüncü Avropa Oyunlarında Azərbaycanın idman nümayəndə heyətinin bayraqdarları məlum olub.
YeniAvropa xəbər verir ki, bu gün təşkil olunacaq açılış mərasimində ölkənin adı yazılan lövhəni və bayrağı Yaylagül Ramazanova (oxatma) ilə Barat Quliyev (qılıncoynatma) daşıyacaq.
Y.Ramazanova idman ustası, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi və 70 metr məsafədə oxatma üzrə ölkə rekordçusudur. Barat Quliyev isə İslam Həmrəyliyi Oyunlarının gümüş, komanda üzrə qızıl mükafatçısıdır.
Qeyd edək ki, üçüncü Avropa Oyunlarının açılış mərasimi Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.