“Əl-Nəsr” klubunun və Portuqaliya yığma komandasının hücumçusu Kriştianu Ronaldu “Euro-2024” seçmə mərhələsində İslandiyaya qarşı meydana çıxıb və milli komandada keçirdiyi oyunların sayına görə dünya rekordu müəyyənləşdirərək adını “Ginnesin rekordlar kitabı”na yazdırıb.
YeniAvropa xəbər verir ki, oyundan öncə Kriştianu Ronalduya yığma komandanın tərkibində 200 matçda meydana çıxan ilk futbolçu kimi “Ginnesin rekordlar kitabının” sertifikatı təqdim olunub.
2003-cü ildə Portuqaliya yığmasının heyətində debüt edən futbolçu milli komandada karyerası ərzində 122 qol vurub və 43 məhsuldar ötürmə edib. Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid”, İtaliyanın “Yuventus” klublarında çıxış edən hücumçu 2023-cü ildən Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubuna transfer olunub.