logo

Azərbaycan–Estoniya matçını çexiyalı hakimlər briqadası idarə edəcək

13:53 14-06-2023 | icon 2289
Azərbaycan–Estoniya matçını çexiyalı hakimlər briqadası idarə edəcək

Futbol üzrə “EURO-2024-ün seçmə mərhələ çərçivəsində keçiriləcək Azərbaycan - Estoniya oyunu üçün hakim təyinatları açıqlanıb.

YeniAvropa xəbər verir ki, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına tapşırılıb.

Oyunun baş hakim Andrey Berka olacaq. Ona İvo Nadvornik və Kamil Hayek köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 17-də "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Estoniya matçı saat 20:00-da başlayacaq.