logo

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

12:55 13-06-2023 | icon 2254
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, Sadiq Məmmədzadə (“Səbail”), Ayxan Qocayev (“Sumqayıt”) və Həmzəalı Mikayılov (“Sabah”) millinin düşərgəsini tərk ediblər. Onların əvəzinə Davud Şabanov (“Zaqatala”), Okan Təhməzli (“Qəbələ”) və Nihad Cabbarov (“Sabah”) heyətə cəlb ediliblər.

Qeyd edək ki, millimiz hazırlıq çərçivəsində iyunun 16-da gürcüstanlı, 20-də isə belaruslu həmyaşıdları ilə qarşılaşacaq.